
• Layihə
Yax - Yeni Nəsil Taksi
“Yax” şəhər nəqliyyatında müasir yanaşma gətirmək üçün hazırlanmış mobil taksi xidmətidir. Layihənin məqsədi istifadəçilərə rahat, çevik və əlçatan taksi sifarişi imkanı təqdim etmək idi.
Əsas xüsusiyyətlər:
-
İkiqat sifariş imkanı – istifadəçilər həm mobil tətbiq vasitəsilə, həm də *qısa nömrə 8447 üzərindən zəng edərək sifariş yarada bilirdilər.
-
Şəhər içi və rayonlararası daşımalar – həm gündəlik qısa məsafələr, həm də bölgələrə uzun məsafəli səfərlər üçün xidmət.
-
“Manatlıq” sistemi – müəyyən olunmuş məntəqələr arasında sabit qiymətlərlə sərfəli gedişlər.
Nəticə
Layihə qısa müddətdə istifadəyə verilmiş və müştərilər tərəfindən maraqla qarşılanmışdır. Hazırda xidmət göstərilməsə də, “Yax – Yeni Nəsil Taksi” PROWEB komandamızın nəqliyyat sahəsində innovativ və müştəriyönümlü həllər hazırlamaq bacarığını əks etdirən uğurlu layihələrdən biri kimi portfelimizdə yer almaqdadır.
• XİDMƏTLƏR
- Verilənlər Bazası Dizaynı və Diagram Qurulması
- Mobil Proqramlaşdırma
- API İnkişafı
- İnteqrasiya Həlləri
- Monitorinq və Performans Təhlili
- DevOps və CI/CD Quraşdırılması
- Test və Keyfiyyət Təminatı (QA)
- UI/UX Dizayn
- Wireframe və Prototiplərin Hazırlanması
- Biznes Proseslərin Modelləşdirilməsi (BPM)
- Veb Proqramlaşdırma
- Davamlı Texniki Dəstək
- Məlumat Bazası Qurulması
- Kodun və Sistemlərin Sənədləşdirilməsi
- Sistem Arxitekturasının Qurulması
- UAT (İstifadəçi Qəbul Testləri)
• layihə prosesi
Bu layihədə keçdiyimiz mərhələlər









Socket Texnologiyası ilə Anlıq Sifariş Paylanması
“Yax” layihəsində sifarişlərin sürücülər arasında dərhal bölüşdürülməsi üçün socket texnologiyası tətbiq olundu. Bu yanaşma sayəsində istifadəçilərin verdiyi sifarişlər real vaxtda sürücülərə ötürülür, gecikmələr minimuma endirilirdi. Bu həll həm mobil tətbiqin hazırlanması, həm də backend sisteminin qurulması prosesində müştəriyönümlü təcrübə təmin etdi.



Elasticsearch və Kibana ilə Loglama və Analitika
Sistemdə baş verən əməliyyatların izlənməsi və analizi üçün Elasticsearch və Kibana tətbiq edildi. Bu vasitələr vasitəsilə bütün log məlumatları mərkəzləşdirildi, əməliyyat axışı vizuallaşdırıldı və problemlərin sürətli aşkarlanması mümkün oldu. Beləliklə, həm server infrastrukturunun idarə olunması, həm də proqram təminatının hazırlanması prosesində tam şəffaflıq əldə edildi.

Grafana ilə Server Performansının Monitorinqi
Layihənin davamlı və dayanıqlı işləməsi üçün serverin qurulması və optimizasiyası mərhələsində performansın izlənməsi vacib idi. Bunun üçün Grafana aləti inteqrasiya edilərək real vaxtda server yüklənməsi, sorğu cavab müddətləri və sistem resursları izlənildi. Bu yanaşma tətbiqin qurulması zamanı yüksək sabitlik və təhlükəsizliyi təmin etdi.

Zəng Mərkəzi İdarəetmə Paneli




Mobil Tətbiqin UI/UX Dizaynı


Mobil Tətbiq Ekran Görüntüləri
