• Layihə
Penguin Cargo üçün Mobil Tətbiqin Hazırlanması
Penguin Cargo üçün hazırlanmış bu layihə çərçivəsində həm iOS, həm də Android platformaları üçün tam funksional mobil tətbiq yaradıldı. Layihənin əsas məqsədi yükdaşıma və kuryer xidmətlərini rəqəmsallaşdırmaq, sifariş və izləmə proseslərini daha sürətli və şəffaf hala gətirmək idi.
Tətbiq vasitəsilə istifadəçilər göndəriş sifarişi yarada, real vaxt izləmə sistemi ilə daşımaların statusunu izləyə, qiymət hesablaması edə və bildiriş sistemi vasitəsilə yeniliklərdən anında xəbərdar ola bilirlər. Həm fərdi, həm də korporativ müştərilər üçün nəzərdə tutulan bu mobil həll, logistika əməliyyatlarını mərkəzləşdirərək idarəetməni sadələşdirir və xidmət keyfiyyətini yüksəldir.
Dizayn müasir UX/UI standartlarına uyğun şəkildə hazırlanıb, çoxdilli dəstək və mobil uyğun optimallaşdırma tətbiq edilib. Bu mobil tətbiq sayəsində Penguin Cargo onlayn sifariş, daşıma izləmə, bildiriş inteqrasiyası və digital idarəetmə funksionallıqları ilə müştərilərə daha operativ və etibarlı xidmət təqdim etməyə başlamışdır.
• XİDMƏTLƏR
- Sistem Arxitekturasının Qurulması
- Verilənlər Bazası Dizaynı və Diagram Qurulması
- API İnkişafı
- Veb Proqramlaşdırma
- Avtomatlaşdırılmış İş Axınları
- UI/UX Dizayn
- Biznes Proseslərin Modelləşdirilməsi (BPM)
- İnteqrasiya Həlləri
- Məlumat Bazası Qurulması
- UAT (İstifadəçi Qəbul Testləri)
- Monitorinq və Performans Təhlili
- Mobil Proqramlaşdırma
• layihə prosesi
Bu layihədə keçdiyimiz mərhələlər

















Mobil versiyanın ekran görüntüləri
