• Layihə
Flocake - Gül və Hədiyyələrin Satışı üçün E-Commerce Platformasının və POS Sisteminin Hazırlanması
Layihə çərçivəsində e-commerce platforması həm fərdi müştərilərin, həm də oflayn satış nöqtələrinin tələblərinə cavab verəcək şəkildə hazırlanıb. Sistem gül və hədiyyə məhsullarının satışına fokuslanır və məhsul kataloqu, onlayn sifariş forması, sürətli ödəniş prosesi və bildiriş mexanizmləri ilə təchiz olunub. Müştərilər mobil və masaüstü cihazlardan rahat şəkildə alış-veriş edə bilir, sifarişlərini izləyə və real vaxtda bildirişlər ala bilirlər.
Eyni zamanda layihəyə POS sistemi ilə tam inteqrasiya daxil edilib. Bu inteqrasiya sayəsində anbar izlənməsi, stok idarəetməsi, satış əməliyyatlarının sinxronizasiyası və hesabatların avtomatik formalaşdırılması bir platformadan idarə olunur. Nəticədə həm onlayn, həm də oflayn satış kanalları birləşdirilərək çevik, şəffaf və tam avtomatlaşdırılmış satış ekosistemi qurulub.
• XİDMƏTLƏR
- Biznes Proseslərin Modelləşdirilməsi (BPM)
- UAT (İstifadəçi Qəbul Testləri)
- Avtomatlaşdırılmış İş Axınları
- Sistem Təhlükəsizliyinin Qurulması
- DevOps və CI/CD Quraşdırılması
- API İnkişafı
- Wireframe və Prototiplərin Hazırlanması
- Kodun və Sistemlərin Sənədləşdirilməsi
- UI/UX Dizayn
- Davamlı Texniki Dəstək
- Performans Optimallaşdırılması
- Məlumat Bazası Qurulması
- Veb Proqramlaşdırma
- Test və Keyfiyyət Təminatı (QA)
- Verilənlər Bazası Dizaynı və Diagram Qurulması
- Bulud İnfrastrukturunun Qurulması
- Sistem Arxitekturasının Qurulması
- Monitorinq və Performans Təhlili
- İnteqrasiya Həlləri
• layihə prosesi
Bu layihədə keçdiyimiz mərhələlər


















Layihədən ekran görüntüləri
Masaüstü və mobil versiya
Dizaynın prezentasiyası
